Keyn ÇL-də bir rekordu qırdı, digərini təkrarladı
- 2024-09-18 13:40
- 100
Almaniyanın "Bayern" klubunun futbolçusu Harri Keyn UEFA Çempionlar Liqasında bir rekordu qırıb, digərini təkrarlayıb.
Rekord.az xəbər verir ki, 31 yaşlı hücumçu buna evdə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına 9:2 hesabı ilə qalib gəldikləri Liqa mərhələsinin 1-ci turunun oyununda nail olub.
Sözügedən qarşılaşmada poker edən təcrübəli forvard Alan Smitin 1991-ci ildəki nailiyyətini təkrarlayıb. Həmin vaxtdan sonra hansısa ingiltərəli oyunçu avrokubokların əsas raundunda bir matçda 4 qol vurmamışdı.
Keyn həm də "Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runinin rekordunu qırıb. O, Çempionlar Liqası tarixində 33-cü qoluna imza ataraq ən çox qol vuran ingilis oyunçu olub. Runinin hesabında 30 qol var.
Keyn 2023-cü ilin yayında "Tottenhem"dən Münhen klubuna keçib.