“Qarabağ”ın müdafiəçisi Kevin Medina azarkeşlərə müraciət edib.

Rekord.az xəbər verir ki, 29 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

O, fanatlara təşəkkür edib və onları komandaya daha çox dəstək olmağa çağırıb:

“Bu klub, şəhər, qladtiatorlar ailəsidir. Verdiyiniz böyük dəstəyə görə təşəkkür edirəm. Gəlin, böyük ailəmiz üçün daha çoxunu edək”.

“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində iyulun 19-da İsveçrə çempionu “Sürix”lə qarşılaşacaq. İlk oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu komandaların cavab qarşılaşması isə iyulun 27-də İsveçrədə keçiriləcək.