
"Keşlə"nin tapıntısı "Qarabağ" və "Neftçi"nin maraq dairəsində
- 22 Mar 2022 11:00
- 903
Premyer Liqanın iki iddialı klubu «Keşlə»nin bir futbolçusuna elçi düşüb.
Rekord.az xəbər verir ki, «Qarabağ» və «Neftçi» Pərviz Azadovun transferində maraqlıdır.
21 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı məxsus olduğu paytaxt təmsilçisi ilə təmas qurulub. Bakıdan Şamaxıya köçməyə hazırlaşan «Keşlə» rəhbərliyi onu yayda satmağa hazır olduğunu elan edib.
Azadov cari mövsümün tapıntılarından biridir. Əsas heyətdə özünə yer eləyən orta sahə oyunçusu Premyer Liqada fərqlənməyi də bacarıb. (sportinfo.az)