
"Keşlə"nin legionerini qaldığı evdən çıxardıblar: borca görə
- 23 Fev 2022 14:00
- 619
Qış fasiləsindən sonra qələbə üzünə həsrət qalan “Keşlə”də ab-hava yetərincə pozulub. Kluba yaxın mənbələrdən əldə etyimiz məlumata görə, Rövnəq Abdullayevin SOCAR-ın prezidenti postundan getməsi “qırmızı-ağlar”ın Müşahidə Şurasının sədri Zaur Axundovu çətin duruma salıb.
İndiki durumda Zaur bəyi ən çox narahat edən şəxsi biznesinin gələcəyidi. Bu üzdən “Keşlə” onun üçün arxa plana keçib. Bəlkə də bu səbəbdən paytaxt təmsilçisinin futbolçuları bəzi problemlərlə üzləşiblər.
Kluba yaxın mənbələrdən “Football-plus.az” saytına daxil olan məlumata görə, komandanın aparıcı üzvü Felipe Santos kirayə qaldığı evdən çıxardılıb.
Braziliyalının kirayə pulunu klub ödəməli olsa da, bir neçə ayın borcu yığılıb qalıb. Ev sahibi də borcun aydan-aya çoxaldığını, pul əvəzinə rəhbərliyin yalan vədlər verdiyini görərək Santosa ailəsi üçün yenə ünvan tapmasını istəyib. ("Futbol plus")