“Keşlə” “ASK Arena”da son ev oyununa çıxıb.

Rekord.az xəbər verir ki, Premyer-liqanın 18-ci turunda “qırmızı-ağlar” doğma meydanda “Sabah”ı qəbul edib – 0:1.

Bilindiyi kimi, “Keşlə” artıq Şamaxını təmsil edəcək. Komanda martın 18-də ilk ev oyununu bölgədə keçirəcək. “Tələbələr”lə qarşılaşmadan öncə diqqətimizi bir nüans çəkdi. “Keşlə”nin futbolçularını daşıyan avtobusun üzərindən klubun loqosu və adı silinmişdi.

Həmin fotonu sizə təqdim edirik: