Əsas heyətdə möhkəmlənə bilməyəcən və əvəzedici komandaya göndərilən Tərlan Quliyev mövsümün sonunda "Keşlə"dən getmək istəyir.

Rekord.az xəbər verir ki, komandanın əsas kapitanı olsa da, Quliyev nadir hallarda əsas komandanın heyətində oyunlara çıxır.

29 yaşlı futbolçu özü də öz hazırkı durumundan narazıdır. Digər klublardan normal təklif alacağı halda mövsümün sonunda "Keşlə"dən ayrılmağı düşünür.