“Kəpəz”in zədəli futbolçularından Yeqor Xvalko müalicə prosesini başa vurub.

Rekord.az xəbər verir ki, özünü yaxşı hiss edən müdafiəçi artıq kollektiv halda məşqlərə də qoşulub.

Komandanın digər zədəli futbolçusu Elvin Yunuszadənin də müalicəsi yekunlaşıb. O, sabahdan fərdi halda məşqlərə başlayacaq.

“Kəpəz” Premyer Liqanın 6-cı turu çərçivəsində “Turan Tovuz”un qonağı olacaq. Gəncə təmsilçisi yeni baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi altında ilk matçını sentyabrın 9-da Tovuzda keçirəcək.