"Kəpəz"in yeni rəhbərliyində yer alan Fərman Əlizadə ilə bağlı maraqlı məlumatlar üzə çıxıb.

Rekord.az xəbər verir ki, klubun İdarə Heyəti sədrinin idarəçilik məsələləri üzrə müşaviri postunu tutan bu şəxsin AFFA-nın sabiq baş katibi Elxan Məmmədovla dost olduğu deyilir.

Belə ki, Əlizadə Azərbaycanda təbii və süni örtüklü meydançaların salınması ilə məşğul olan “AqroSport”un direktorudur. Hansı ki, bu şirkəti hətta bir vaxtlar Məmmədovun şirkəti kimi qəbul edənlər də var idi. Çünki ölkədə bütün meydançaların, xüsusilə də süni meydançaların sifarişini və salınmasını bu şirkət həyata keçirirdi. Başqa heç bir şirkəyə bazara girməyə imkan verilmirdi. Maraqlıdır ki, Məmmədov de-yure Azərbaycan futbolunda olmasa da, de-fakto hələ də buradadır.