
“Kəpəz”dən “Tobol”a
- 30 İyl 2025 21:30
- 70
"Kəpəz"in sabiq kapitanı Yeqor Xvalkonun yeni klubu bəlli olub.
Rekord.az xəbər verir ki, belaruslu müdafiəçi karyerasını Qazaxıstanın "Tobol" komandasında davam etdirəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 2022-ci ildən Gəncə təmsilçisinin formasını geyinən 28 yaşlı futbolçu bu müddət ərzində 95 çempionat matçında 3 qolla yadda qalıb.
"Kəpəz" bu yay müqaviləsinin müddəti başa çatan futbolçuya yeni razılaşma təklif etməmişdi.