Qalmaqallı surətdə "Kəpəz"dən ayrılan Əfran İsmayılov klub rəhbərliyi ilə danışıqlardan sonra iki aylıq maaşından imtina etmişdi. Bunun qarşılığında Gəncə klubunda ona məşqçilik təklif olunmuşdu. Sonradan isə məlum olmuşdu ki, İsmayılov B kateqoriyası imtahanlarına hazırlaşan zaman kateqoriyanın tələblərinə uyğun olaraq "Kəpəz"in U-15 komandasında müvəqqəti məşqlər keçəcəkdi.

Lakin Rekord.az xəbər verir ki, veteran futbolçu son anda "Kəpəz"in düşərgəsinə getməkdən imtina edib və əvəzində "Səbail"i seçib.

İsmayılov hazırda Bayıl təmsilçisinin U-15 komandasında məşq keçir. Saytımıza daxil olan məlumata görə, bu işdə ona AFFA yaxından kömək edib.