
“Kəpəz”dən ayrıldı, “Turan Tovuz”la müqavilə bağladı
- 21 İyl 2022 11:15
- 575
“Turan Tovuz” daha bir futbolçu transfer edib.
Rekord.az xəbər verir ki, Tovuz klubu sabiq oyunçusu Vüsal Məsimovu heyətinə qatıb.
Son mövsümü “Kəpəz”də keçirmiş 22 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Məsimov Tovuz komandasının heyətində 2019/20 mövsümündə qızıl, 2020/2021 mövsümündə isə bürünc medallara sahib olub.