
“Kəpəz”də iki itki
- 04 Mar 2023 16:20
- 443
“Kəpəz” Premyer Liqanın 25-ci turu çərçivəsində səfərdə “Sabah”ın qonağı olacaq.
Rekord.az xəbər verir ki, Gəncə təmsilçisi bu oyuna itkilərlə çıxacaq.
Yarımmüdafiəçilər Ahmed Ayzaya və Giorgi Kantariya görüşü buraxacaq. Ayzaya cəzalıdırsa, Kantariya zədəlidir.
“Sabah” – “Kəpəz” qarşılaşması bu gün saat 18:30-da “Bank Respublika Arena”da başlayacaq.