Premyer Liqanın 2025/26 mövsümündə “Kəpəz” ilk ev oyunlarını Qəbələdə keçirəcək.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə şəhər stadionunun inşasının davam etməsi səbəbindən "sarı-göylər" doğma şəhərdən kənarda oynamalı olacaqlar.


Gəncə şəhər stadionu matçların keçirilməsi üçün tam hazır vəziyyətə gətirildikdən sonra "Kəpəz" rəqiblərini Nizami yurdunda qəbul edəcək.


Əvəzedici komanda isə ötən mövsümlərdə olduğu kimi klubun Məşq Mərkəzindəki ehtiyat meydanda oynayacaq.