"Xəzər Lənkəran"ın sabiq qolkiperi Orxan Sadıqlı yenidən Premyer Liqada çıxış edəcək.

Rekord.az xəbər verir ki, Sadıqli "Kəpəz"də baxışdan uğurla keçib.

O, müəyyən müddət idi ki, Gəncə klubunun düşərgəsində baxışda idi. Orxan məşqçilər korpusunun etimadını qazandığına görə, onunla bir illik müqavilə imzalanacaq. (sportal.az)