
"Kəpəz" veteran futbolçusuna iş söz verib
- 05 Mar 2022 15:00
- 670
"Kəpəz" Premyer Liqaya yüksələcəyi halda bir neçə gəncəli futbol veteranına da iş söz verib.
Rekord.az xəbər verir ki, söhbət Fazil Pərvərovdan gedir.
Vaxtı ilə "Kəpəz"də oynamış Pərvərov bu yaxınlarda Elxan Məmmədovun da iştirakı ilə Gəncədə yeni salınan süni örtüklü meydançanın açılışında iştirak edib. Pərvərova "Kəpəz"in futbol akademiyasında iş vermək nəzərdə tutulub. Lakin qeyd etdiyimiz kimi, bunun üçün ilk növbədə Gəncə təmsilçisi elitaya qayıtmalıdır.