Qəbələdən ayrılmalı olan "Kəpəz"in stadion axtarışı davam edir.

Rekord.az xəbər verir ki, hazırda Tovuz variantı daha yaxın görünür.

Amma tovuzluların özünün də meydança sıxlığı olduğundan, hələlikk gəncəlilərə dəqiq cavab verməyiblər. Əldə etdiyimiz məlumata görə, "Kəpəz" üçün daha bir variant da ortya çıxıb. Söhbət Yevlax stadionundan gedir. Lakin gəncəlilər bunun üçün təklif irəli sürsələr, ilk növbədə PFL həmin stationu təftiş edib onun Premyer Liqa üçün yararlı olub-olmadığını müəyyənləşdirməlidir.