Xəbər verdiyimiz kimi, Gəncə stadionunda şərait yaxşı olmadığı üçün "Kəpəz" yeni mövsümün ilk dövrəsini Bakıda keçirə bilər.

Rekord.az xəbər verir ki, hələlik bu məsələ dəqiqləşməyib, amma ehtimal heç də aşağı deyil.

Bu arada, saytımıza daxil olan məlumata görə, indiki halda "Kəpəz" rəhbərliyi və eləcə də baş məşqçi Yaşar Vahabzadə əslində Bakı variantının tərəfdarıdır. Çünki Gəncədəki oyunlara böyük sayda azarkeş gələcəyi indidən məlumdur. Həmin azarkeşlər qarşısında qeydə alınacaq hansısa uğursuzluq fonunda gələcək təzyiq və "istefa" tələbi qaçılmaz olacaq. Məhz bu təzyiqdən qaçmaq üçün oyunların Bakıda keçirilməsi daha uyğun variantdı. Komanda "Dalğa Arena"da oynayacaq, uzaq başı 200-300 azarkeş gələcək ki, bu da böyük təzyiq ola bilməz.