Gəncə stadionu qəzalı olduğu üçün müvəqqəti olaraq, ev oyunlarını Qəbələdə keçirəcək "Kəpəz" bilet satışı həyata keçirməyəcək.

Rekord.az xəbər verir ki, bunun əsas səbəbi də komandanın elə Qəbələdə oynamasıdır.

Onsuz da Gəncədən kənar olduğundan "Kəpəz"in ev oyununa azarkeş yığması qəliz məsələdir. Uzaq yol qət edib Qəbələyə gedəcək ən sadiq azarkeşlərə qarşı da bilet tələbi qoymaq düzgün çıxmaz. Lakin komanda yenidən Gəncəyə qayıtdıqdan sonra bilet satışı bərpa olunacaq.