“Qarabağ-2” komandasının məşqi zamanı futbolçu Şirxan Həsənzadənin səhhətində problemlər yaranıb.

Rekord.az xəbər verir ki, “Qarabağ-2” xoşagəlməz hadisənin komandanın digər oyunçularına da psixoloji cəhətdən təsirsiz ötüşməməsi səbəbindən Birinci Divizionun 26-cı turunda “Kəpəz-2”yə qarşı keçirəcəkləri matçın təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

“Qarabağ-2” komandasının müraciəti, “Kəpəz-2” komandasının razılığını nəzərə alan Peşəkar Futbol Liqasının İdarə heyətinin qərarı ilə 26 aprel tarixində baş tutmalı olan “Kəpəz-2” – “Qarabağ-2” görüşü təxirə salınıb.

Oyunun keçirilmə vaxtı ilə bağlı əlavə məlumat veriləcək.