“Kəpəz”in Premyer Liqaya qayıtması Region Liqasında iki komandanın dağılmasına səbəb olacaq.

Rekord.az xəbər verir ki, Gəncənin bu turnirdəki təmsilçiləri “Qoşqar UGİM” və “Gəncə” yeni mövsümdən “Kəpəz”in tərkibinə veriləcək.

Məsələ burasındadır ki, “Kəpəz”in elitada çıxış etməsi üçün əvəzedici heyəti də formalaşmalı və I divizionda mübarizə aparmalıdır. Rəhbərlik də ehtiyat qüvvəni məhz “Qoşqar UGİM” və “Gəncə”nin gənc oyunçularından qurmağı planlaşdırır. (apasport.az)