
“Kəpəz” növbəti transferini açıqladı
- 24 İyl 2025 19:00
- 96
Transfer çalışmaları çərçivəsində "Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gəncəlilər polşalı futbolçu Kaçper Rosanı transfer edib. 30 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb.
Rosanın son klubu vətənində yüksək liqa təmsilçisi "Motor" olub. O, 2024/2025-ci illər mövsümündə 17 çempionat matçında komandasının qapısını qoruyub.
"Kəpəz" daha öncə Şakir Seyidov, Pedro Qomes, Adama Fofana və Otar Aptsiaurini də heyətinə qatmışdı.