Mirabdulla Abbasovla Fəhmin Muradbəylinin "Neftçi"yə lazım olmayacağı rəsmən məlum oldu. Klubun mətbuat xidmətinin rəhbəri açıq şəkildə bəyan etdi ki, hər iki futbolçuya özlərinə yeni klub tapmaq tövsiyyə edilib.

Rekord.az xəbər verir ki, Mirabdullanın artıq "Şamaxı" ilə anlaşdığı deyilir.

O ki qaldı Fəhminə, saytımıza daxil olan məlumata görə, Muradbəylinin xidmətində "Kəpəz" maraqlıdır. Lakin futbolçunun Gəncədə oynamağa razı olub-olmayacağı məlum deyil.