"Kəpəz"in ev oyunlarını doğma meydanda keçirmədiyi hamıya bəllidi.

Rekord.az xəbər verir ki, buna səbəb Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olmasıdı. "Kəpəz"in rəhbərliyi ev oyunlarının azarkeşsiz də olsa, keçirilməsimə icazə verilməsi üçün FHN-ə müraciət etməyi düşünürdü. Görəsən, bununla bağlı irəliləyiş var?

"Football-plus.az" saytı klubun icraaçı direktoru İlqar Nadiriylə əlaqə saxlayıb:
 

"Biz FHN-dən bir ay əvvəl müraciət edib xahiş etdik ki, azarkeşsiz də olsa, Gəncə stadionunda ev oyunlarımızın keçirilməsinə icazə versin. Amma müsbət cavab almadıq. Hazırda buna nail olmaq üçün müraciətlərimiz davam edir. AFFA rəhbərliyi də sağ olsun, əllərindən gələn köməyi edirlər. Onların vasitəsilə Gənclər və İdman Nazirliyinə də müraciət etmişik. Hələ ki gözləyirik".