"Kəpəz" növbəti mövsümdə ev oyunlarını böyük ölçüdə Gəncədə keçirəcək.

Rekord.az xəbər verir ki, Gəncə şəhər stadionunda aparılması gözlənilən söküntü işləri ilə əlaqədar komandanın "Dalğa Arena"ya üz tutacağı gözlənilirdi.

Lakin müəyyən hüquqi prosedurlar səbəbindən söküntü işləri yubandığı üçün Gəncə təmsilçisi ev oyunlarını o qədər də yaxşı durumda olmayan doğma meydançada keçirə biləcək.