Xəbər verdiyimiz kimi, "Kəpəz"in Bakıda keçirdiyi təlim-məşq toplanışının vaxtı uzadılıb.

Rekord.az xəbər verir ki, komanda iyulun 21-nə kimi paytaxtda hazırlıq keçəcək.

Halbuki, əvvəlcədən məşqlərin ayın 17-də başa çatdırılması nəzərdə tutulmuşdu. Bunun səbəbinə gəlincə, səbəb komandanın Gürcüstan toplanışının baş tutmamasıdır. Səfər üçün maliyyə tapılmadığı üçün Gəncə təmsilçisi Bakıda qalmalı olub. 21-dən sonra isə Gəncəyə qayıdıb ilk turun hazırlıqlarını doğma şəhərdə davam etdirəcək.