"Kəpəz" bu mövsümün qalan ev oyunlarını da Qəbələdə keçirəcək.

Rekord.az-a daxil olan məlumata görə, buna səbəb Gəncə stadionunda heç bir işin görülməməsidir.

Saytımıza daxil olan məlumata görə, stadionun qazonu hələ də oyun üçün yararlı deyil və qaydaya salınması üçün də əməli iş görülmür. Güman ki, bütün bu işlərə mövsümün sonunda başlanılacaq. "Kəpəz" də ona qədər ev oyunlarını Qəbələdə keçirəcək.