"Kəpəz"in bu mövsüm transfer etdiyi əcnəbilərdən biri də Peyman Keşavarzidir.

Lakin Rekord.az xəbər verir ki, nədənsə aradan 3 tur keçsə də Yaşar Vahabzadə iranlı müdafiəçiyə şans verməyib.

Maraqlıdır ki, futbolçu gənc də sayılmaz, artıq 27 yaşı var. Üstəlik, komandada ən çox maaş alan 2-3 futbolçudan biridir. Aldığımız məlumata görə, Keşavarzin aylıq maaşı 5 min manatdır. Maraqlıdır, Gəncə təmsilçisi ayda 5 min manat maaş verdiyi legioneri niyə oynatmır, ehtiyat oyuçular skamyasını doldurmağa alıb?