Kəngərli rayon Çalxanqala kənd məktəbinin idman zalında "Heydər Əliyev İli" çerçivəsində ümumtəhsil məktəblərinin qızlardan ibarət komandaları arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birincilikdə 6 komandadan 46 şagird iştirak edib.

Nəticələrə əsasən “Çalxanqala” komandası yarışın qalibi olub. “Qıvraq” ikinci, “Qarabağlar-2” isə üçüncü olub.