Kəngərli Rayon Mərkəzi Stadionunda “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyinin seçmə mərhələsi reallaşıb.

Rekord.az xəbər verir ki, yarışda 6 komandadan ümumilikdə 30 məktəbli iştirak edib. Məktəblilər 100 və 2000 metr məsafələrə qaçış, qumbaraatma, turnikdə dartınma üzrə öz qüvvələrini sınayıblar.

Nəticələrə əsasən Xok kənd tam orta məktəbinin komandası birinci yerə sahib çıxmaqla final mərhələsində Kəngərli rayonunu təmsil etmək hüququ qazanıb. Şahtaxtı və Böyükdüz kəndlərinin təmsilçiləri yarışı müvafiq olaraq ikinci, üçüncü sıralarda tamamlayıblar.

Yarışın məqsədi çağırışyaşlı və çağırışaqədərki gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, vətənpərvərlik hisslərinin aşılanması və gənclərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.