
"Karyeramı başa vursam, futbol öləcək"
- 01 Avq 2022 12:30
- 464
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç peşəkar futbol karyerasını bitirmək fikrində olmadığını açıqlayıb.
Rekord.az xəbər verir ki, sosial şəbəkələrdə canlı yayımda 40 yaşlı isveçli futbolçu PSJ-n qapıçısı Canluici Donnarumma ilə birlikdə azarkeşlərin suallarını cavablandırıb. Azarkeşlərdən biri İbrahimoviçin futbolçu karyerasını nə vaxt başa vuracağını soruşub. O, suala cavab olaraq deyib: "Heç vaxt. Karyeramı başa vursam, futbol öləcək”.
Qeyd edək ki, İbrahimoviç 2020-ci ilin yanvarında "Milan"a qayıdıb. O, məhz Zlatanla "Milan" İtaliyada son iki çempionluğu (2011 və 2022-ci illərdə) qazanıb.