
"Karvan"da vəziyyət kritikdi
- 09 Mar 2022 15:00
- 1006
"Region Liqası"nda çıxış edən Yevlaxın "Karvan" komandasının vəziyyəti kritik həddə çatıb.
Rekord.az xəbər verir ki, Kənan Kərimovun komandası "Energetik"lə oyun üçün Mingəçevirə getsə də, artıq bütün resurslar tükənib.
Dost-tanışın köməyi ilə iş bitmir, komandaya sponsor lazımdır. Bu isə yoxdur. Rayon rəhbərliyi də maddi dəstək göstərə bilməyəcəyini açıqlayıb. Yaxın vaxtlar müsbət irəliləyiş olmasa, komanda dağılmaq təhlükəsi ilə üz-üzə qalacaq.