
“Karvan”da 2 yeni müqavilə
- 18:20
- 43
Premyer Liqanın yeni iştirakçısı “Karvan” daha 2 futbolçusu ilə yeni müqavilə bağlayıb.
Rekord.az xəbər verir ki, klub yarımmüdafiəçi Rəhman Şabanov ilə 1 illik yeni müqavilə bağlayıb.
28 yaşlı futbolçu ötən mövsüm komandanın heyətində 23 oyun keçirib, 14 məhsuldar ötürmə edib və 2 qol müəllifi olub.
Ceyhun Bağırzadə ilə də yeni müqavilə imzalanıb. Bağırzadə ötən mövsüm komandanın heyətində 7 oyuna çıxıb.