Növbəti mövsümdən I Divizionda mübarizə aparacağı gözlənilən "Karvan" indidən heyət seçiminə başlayıb.

Rekord.az-a daxil olan məlumata görə, komandanın baş məşqçisi Kənan Kərimov artıq 4-5 futbolçunun adını öz siyahısında qeyd edib.

Həmin futbolçulara da bununla bağlı məlumat verilib. AFFA Yevlax təmsilçisinin divizionda iştirakına rəsmən icazə verəcəyi gündən həmin futbolçularla danışıqlara və müqavilələrə start veriləcək.