
“Karvan” futbolçusu ilə vidalaşdı
- 19 İyl 2025 14:00
- 62
"Karvan" futbolçusu Roman Hüseynovla vidalaşıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdaifəçinin başa çatan müqaviləsi uzadılmayıb.
“Karvan” daha öncə Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur və Beqzod Xulikulovla da yollarını ayırmışdı.