
“Karvan” fəaliyyətini dayandıırdı
- 05 Apr 2022 14:00
- 799
"Region Liqası"nın pley-off mərhələsində "Ağsu City"ə məğlub olaraq mübarizəni dayandıran "Karvan" komandası fəaliyyətini dayandırıb.
Rekord.az-a daxil olan məlumata görə, Yevlax təmsilçisi bütün futbolçularını sərbəst buraxıb.
Komandanın gəlcəyi ilə bağlı heç nə məlum deyil. Baş məşqçi Kənan Kərimov komandanın bərpası və sponsor tapılması üçün cəhdlərini davam etdirəcək. Əgər cəhdləri heç bir nəticə verməsə, komanda növbəti mövsüm çempionata qatılmayacaq.