
Kapitandan yubileyə qol töhfəsi
- 08 Avq 2022 12:20
- 451
Emin Mahmudov “Neftçi”də 150-ci oyununu keçirib.
Rekord.az xəbər verir ki, bu, Misli Premyer Liqasının 1-ci turuna təsadüf edib.
“Şamaxı” ilə səfər görüşü Bakı klubunun yarımmüdafiəçisi üçün yubiley xarakteri daşıyıb. İkinci hissənin gedişində meydana daxil olan Emin ağ-qara formadakı 150-ci oyununda vurduğu qolla komandasına qələbə qazandırıb – 1:0.
Mahmudov Premyer Liqada 118, ölkə kubokunda 12, avrokuboklarda 20 matç keçirib. O, “Neftçi”dəki 150 qarşılaşmada 32 dəfə rəqib qapısına yol tapıb.