Orxan Sadıqlının ardından daha bir aparıcı futbolçu "Xan Lənkəran"ı tərk edib.

Rekord.az xəbər verir ki, rəhbərliyin "Region Liqası"ndan imtina qərarından sonra komandanın kapitanı Mahsun Qənbərli də komandadan ayrılmağa qərar verib.

"Kəpəz"lə müqavilə bağlayan Orxandan fərqli olaraq, Mahsunun karyerasını harada davam etdirəcəyi hələlik bilinmir.