
Kanadalı hücumçu Fransa klubundan ayrılacağını açıqladı
- 14 May 2025 21:40
- 29
"Lill"in formasını geyinən Devid Conatan cari mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə kanadalı hücumçu özü sosial şəbəkə hesabında paylaşım edib.
25 yaşlı oyunçunun Liqa 1 kollektivi ilə olan müqavilə müddəti bu ilin yayında başa çatır.
2020-ci ildən "Lill"də çıxış edən Devid Conatan 231 oyunda 109 qol vurub və 30 dəfə assist edib.