Kamran Ağayev ötən gün "Səbail"in baş məşqçisi Aftandil Hacıyevlə danışıb və gələcək karyerası ilə bağlı qərarını verib.

Rekord.az xəbər verir ki, baş məşqçi Kamrana ən azı qışa qədər komandada qalmağı və çəkisini bir qədər də ataraq daha yaxşı forma yığmağı tövsiyyə edib.

Bir qədər fikirləşən Ağayev baş məşqçinin təklifibə müsbət cavab verib. Yaxın günlərdə onun "Səbail"lə rəsmi müqavilə bağlayacağı gözlənilir.