Portuqaliyanı məğlub edərək Qətər-2022-nin 1/8 finalına vəsiqə qazanan Cənubi Koreya millisinin aparıcı üzvü Cho Gue-Sungun sosial şəbəkə izləyicilərinin sayı 2 milyon nəfəri keçib.

Rekord.az xəbər verir ki, futbolçu bu səbəbdən hətta telefonunu da söndürmək qərarına gəlib.

Çünki telefonu açıq olduğu müddətdə istər-istəməz sosial mediada şəxsinə olan böyük marağı görür və bütün bu maraq bəzən ona növbəti oyuna köklənməyə mane olur. Fikirini dünya çempionatına yönəltməlk üçün futbolçu telefonunu söndürmək qərarına gəlib.