
İtaliyadakı “Formula 1” yarışı ləğv edildi
- 2023-05-17 17:30
- 179
Həftəsonu İtaliyadakı İmola trasında keçirilməsi planlaşdırılan Emiliya-Romanya qran-prisi ləğv edilib.
Rekord.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, buna hava şəraiti ilə bağlı daşqınların baş verməsi səbəb olub.
Xatırladaq ki, yarış 19-21 mayda keçirilməli idi.