İtaliya millisinin sabiq üzvü Cüzeppe Rossi karyerasını ABŞ-da davam etdirəcək.

Rekord.az xəbər verir ki, 33 yaşlı futbolçu “Real Solt-Leyk” klubuna keçib. Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Rossi ilə müqavilə ilin sonuna qədər nəzərdə tutulub.

Karyerası ərzində “Vilyarreal”, “Mançester Yunayted”, “Fiorentina” kimi komandalarda forma geyinən Rossinin son iş yeri “Cenoa” klubu olub.

Rossi 29 dəfə formasını geyindiyi İtaliya millisində 7 qol vurub.