Serbiyada təşkil olunan qadın voleybolçular arasında Avropa çempionatı başa çatıb. "Rekord.az" xəbər verir ki, yarışın qalibi adını İtaliya qazanıb.

Final qarşılaşmasında İtaliya ev sahibi Serbiya ilə üz-üzə gəlib. Meydan sahibləri oyuna qələbə ilə başlasalar da, təşəbbüsü sonadək qoruya bilməyiblər. 4 set davam edən matçda İtaliya millisi 3:1 hesabı ilə qələbə qazanaraq Avropa çempionu adına sahib çıxıb. Bu, İtaliyanın 3-cü çempionluğudur. Bundan əvvəl italyanlar 2007 və 2009-cu illərdə qitənin ən güclüsü olublar.

Bundan əvvəlki son iki birinciliyin qalibi olmuş Serbiya isə ardıcıl 3-cü çempionluğu yaşaya bilməyib. Doğma azarkeşlər önündə oynayan Serbiya gümüş medalla kifayətlənməli olub.

Avropa çempionatının bürünc mükafatçısı adını isə Türkiyə millisi qazanıb. Komanda bürünc medal uğrunda görüşdə Niderland kollektivini quru hesabla məğlub edib.

Avropa çempionatı

Final 

   Serbiya - İtaliya 1:3 (26:24, 22:25, 19:25, 11:25)