"Palmeyras"ın 15 yaşlı forvardı Endrik İspaniya nəhənglərinin diqqətini çəkib.

Rekord.az "Marca"ya istinadən xəbər verir ki, "Real Madrid" və "Barselona" indidən böyük perspektiv vəd edən yeniyetmə uğrunda mübarizəyə girişiblər.

Əzəli rəqiblər sözügedən futbolçunun 18 yaşı tamam olandan sonra heyətə qatılması üçün bütün əlaqələrini işə salıblar.

Hazırda "Palmeyras"ın U-20 komandasında mərkəz hücumçusu mövqeyində çıxış edən Endrikin yaxın vaxtlarda əsas komandada debüt edəcəyi gözlənilir.