İsmayıllı şəhər Heydər Əliyev adına istirahət parkında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində futbol idman növü üzrə nümunəvi çıxışlar keçirildi. 

Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin müntəzəm  olaraq, bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb edilməsi, gənclər arasında sağlam həyat tərzi və idman vasitəsilə sosial fəaliyyətin artırılması və idmanın inkişaf etdirilməsidir.