
İsgəndərlinin komandası səfərdən 1 xalla döndü
- 19 Mar 2022 11:30
- 476
Futbol üzrə Türkiyə 1-ci liqasında 29-cu turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “İstanbulspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Vüsal bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Keçiörengücü” 29 turdan sonra 34 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.