
İsgəndərlinin komandası səfərdə uduzdu
- 05 Mar 2022 11:00
- 486
Futbol üzrə Türkiyə 1-ci liqasında 28-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Kocaelispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Vüsal da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.
“Keçiörengücü” 28 turdan sonra 34 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.