Futbol üzrə İtaliya milli komandasının sabiq hücumçusu, son olaraq “Breşiya”nın baş məşqçisi postunda çalışmış Filippo İnzaqinin yeni iş yeri müəyyənləşib.

Rekord.az xəbər verir ki, 48 yaşlı mütəxəssis bundan sonra İtaliya B Seriyasında mübarizə aparan “Recina”nı çalışdıracaq.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 3 illik müqavilə imzalanıb.

İnzaqi geridə qalan mövsümdə “Breşiya”nın baş məşqçisi olub. O, daha öncə “Milan”, “Venesiya”, “Bolonya” və “Benevento”ya da rəhbərlik edib.