Ümumdünya Şahmat Olimpiadasının "Top-divizion"unda 1/4 final mərhələsinin Hindistan - Ermənistan görüşü başa çatıb.

Rekord.az xəbər verir ki, rəqibinə 3,5:2,5 hesabı ilə qalib gələn asiyalılar yarımfinala vəsiqə qazanıblar.

Sözügedən qarşılaşmanın gedişində kuryoz hadisə baş verib. Erməni şahmatçılardan Ayk Martirosyanın interneti kəsildiyindən reqlamentə əsasən, o, məğlub hesab olunub.

Buna etiraz edən komanda yarışdan çıxıb. Nəticədə Ermənistana 0:6 hesablı texniki məğlubiyyət verilib.