
“İnter”də itki – “Fiorentina” ilə oyunu buraxacaq
- 19 Mar 2022 16:00
- 473
“İnter”in yarımmüdafiəçisi Marselo Brozoviç A Seriyasının “Fiorentina” ilə oyununu buraxacaq.
Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı xorvatiyalı futbolçu topuğundakı zədə səbəbindən meydana çıxmayacaq.
Brozoviç Xorvatiya millisinin qarşıdakı oyunlarını da buraxa bilər.
A Seriyasının 30-cu turunun “İnter” – “Fiorentina” matçı bu gün keçiriləcək və saat 21.00-da başlayacaq.